AZ

NATO Ukrayana "dirsək" göstərdi: Üzvlük real deyil

Ukraynanın NATO-ya üzvlüyü məsələsi qısa müddətdə həllini tapmayacaq.

Musavat.com xəbər verir ki, bunu alyansın baş katibi Mark Rutte açıqlayıb.

Onun sözlərinə görə, bir sıra ölkələr Kiyevin NATO-ya qəbuluna qarşı çıxır. Rutte bildirib ki, bu dövlətlər arasında Almaniya, Slovakiya, Macarıstan və ABŞ da var.

Baş katib vurğulayıb ki, alyans daxilində konsensus olmadığı üçün Ukraynanın üzvlük prosesi yaxın dövrdə irəliləməyəcək. Onun fikrincə, bu məsələ uzunmüddətli siyasi razılaşma tələb edir və hazırkı geosiyasi vəziyyət qərarın tez verilməsinə imkan vermir.

Musavat.com

Seçilən
6
musavat.com

1Mənbələr