AZ

Yağış suyu qaz borusunu da sıradan çıxarıb: şimal bölgəsində sakinlər günlərdir qazsız qalıb

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Aprelin 4-5-də yağan yağışların fəsadlarından ən çox əziyyət çəkənlər arasında paytaxtda yaşayanlarla yanaşı, şimal bölgəsinin sakinləri də oldu. Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında sel çoxsaylı körpüləri, yolları sıradan çıxarıb, evlər dağılıb. Qusar rayonunun Gündüzqala kəndində isə 29 yaşlı Farik Rəsulovun ölümünə səbəb olub.

Bizimyol.info xəbər verir ki, çayların daşması nəticəsində Siyəzən və Şabran rayonlarının bir sıra kəndlərini qazla təmin edən boru xətti də sıradan çıxıb. Sakinlərin verdiyi məlumata görə, Siyəzənin Məşrif, Yenikənd, Şabranın Qazbabalı, Əmirxanlı başqa kəndləri günlərdir ki, qazsız qalıb: “Martın 27-də yağan yağışda da su qaz borusunu qırmışdı. Onda da borunun düzəldilməsi iki gün çəkdi, qaz olmadı. Evdə də yaşlı var, xəstə var, uşaq var. Gərək ya odun işlədəsən, ya qaz balonu. Odun bahadır, qaz balonu ilə də evi isti eləmək mümkün deyil, havalar soyuq keçir, kənd yeridir. Həm də dağ kəndləridir. Qara günə qalmışıq. Soruşuruq, deyirlər, iş gedir”.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
bizimyol.info

1Mənbələr