AZ

Pizza dilimi qatili ələ verdi: memar 8 qadını öldürdüyünü etiraf etdi - ABŞ-də

ABŞ-də uzun illərdir axtarılan "Qilqo-Biç" qatili tapılıb.

Ölkə.Az NBC News-a istinadən xəbər verir ki, məşhur memar Reks Hoyermann, əksəriyyəti seks işçisi olan 8 qadını öldürdüyünü etiraf edib.

İstintaq sənədlərinə görə, 62 yaşlı memar 1993-2010-cu illər arasında qurbanlarını boğaraq öldürüb və cəsədlərini Nyu-Yorkun müxtəlif çimərlik ərazilərinə atıb. Bəzi qurbanların cəsədləri kisələrə bükülmüş halda tapılmışdı.

On ildən artıqdır açılmamış qalan bu cinayət işində dönüş nöqtəsi 2022-ci ildə baş verib. Müstəntiqlər mobil telefon siqnalları və şahid ifadələri ilə yanaşı, maraqlı bir dəlildən istifadə ediblər: zibil qutusuna atılmış pizza qırığındakı DNT nümunəsi Hoyermannın cinayətini sübuta yetirib.

2023-cü ildə Manhettendəki ofisində həbs olunan memar, əvvəlcə günahını inkar etsə də, indi hər şeyi etiraf edib. FTB ilə əməkdaşlığa razı olan Hoyermanna iyunun 17-də hökm oxunacaq. Onu ömrünün sonuna qədər həbs gözləyir.

Seçilən
27
3
olke.az

4Mənbələr