Bakı. Trend:
Xarici investor tərəfindən (BP) inşa olunan 240 MVt gücündə"Şəfəq" Günəş Elektrik Stansiyasının (GES) inteqrasiyası iləəlaqədar işlərin icrasının bu ilin iyulun 1-dək yekunlaşmasınəzərdə tutulub.
Trend-in əldəetdiyi məlumata görə, GES-in inteqrasiyası ilə əlaqədar işlərinicrası üzrə “Azərenerji” ASC və Energetika Nazirliyi icraçı qurumkimi müəyyənləşib.
Qeyd edək ki, Azərbaycanın Cəbrayıl rayonunda həyata keçirilənŞəfəq (Cəbrayıl) günəş layihəsi üzrə tikinti işləri plana uyğunolaraq davam edir. 2025-ci ilin iyun ayında yekun investisiyaqərarından sonra investorları bp, "SOCAR Green" və AzərbaycanBiznesinin İnkişafı Fondu (ABİF) olan layihə üzrə iki əsas müqaviləimzalanıb: Mühəndislik, Təchizat və Tikinti (EPC) müqaviləsi.
Təxminən 117 milyon ABŞ dolları dəyərində olan bu müqavilə"Intec" və "Complant" şirkətlərinə verilib. Müqavilə mühəndislik,təchizat və tikinti xidmətləri üzrə bütün iş həcmini, eləcə dəobyektin ilk iki il ərzində istismar və texniki xidmət işləriniəhatə edir. Layihə sahəsində hazırlıq işləri artıq tamamlanıb vəhazırda tikinti prosesi torpaq işləri və daxili yolların çəkilməsiilə davam edir.