ABŞ-də ana 14 yaşlı qızını “İlon Maskdan qorumaq” bəhanəsi ilə öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
ABŞ-də dəhşətli ailə faciəsi baş verib. 41 yaşlı qadın yuxuda olan 14 yaşlı qızını bıçaqlayaraq qətlə yetirib.
Narkotik vasitələrin təsiri altında olduğu bildirilən ana, bu cinayəti milyarder İlon Maskdan “qızını qorumaq” məqsədilə etdiyini iddia edib.
Qadın bildirib ki, İlon Mask “başqalarının uşaqlarını ovlayır”. Qızının yataq otağına daxil olan ana əlinə aldığı bıçaqla ona çoxsaylı xəsarətlər yetirərək öldürüb.
Cinayətdə şübhəli bilinən qadın polis tərəfindən saxlanılıb.
Xuraman Etibarlı
İnterpress.az