AZ

İran Rusiyaya təşəkkür etdi


Rusiya xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Abbas Arakçı arasında telefon danışığı olub.
Gender.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Lavrov danışıqlar prosesinin uğur qazanacağına ümid etdiyini bildirib və ABŞ ilə İran arasında iki həftəlik hərbi əməliyyatların dayandırılması barədə razılaşmanı alqışlayıb.
Öz növbəsində Arakçı Fars körfəzindəki vəziyyətin müzakirəsi zamanı BMT Təhlükəsizlik Şurasında tutduğu prinsipial mövqeyə görə Moskvaya təşəkkür edib.
Məlumata görə, Moskva İran ətrafındakı münaqişədə atəşkəs razılaşmasının Livana şamil edildiyinə qəti şəkildə inanır.

Seçilən
47
gender.az

1Mənbələr