AZ

ABŞ-da qəzaya uğrayan təyyarə PARTLADI

ABŞ-ın Arizona ştatında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Publika.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Hadisə Marana şəhərinin hava limanında baş verib. Təyyarə uçuş-enmə zolağından kənara çıxaraq partlayıb. Məlumata görə, hava limanında olan digər hava gəmilərinə ziyan dəyməyib.

ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurası faktla bağlı araşdırmalara başlayıb.

Seçilən
4
publika.az

1Mənbələr