AZ

PSJ-nin matçı təxirə salındı, futbolçular istirahətə göndərildi

style='margin-bottom:10px;'>

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/4 finalında "Liverpul" üzərində qazanılan qələbədən (2:0) sonra futbolçularına 2 gün istirahət verib.

QOL.az xəbər verir ki, Paris təmsilçisi cavab oyununun hazırlıqlarına şənbə günü start verəcək. Bununla yanaşı, PSJ həftəsonu Fransa çempionatında oyun keçirməyəcək. Komandanın "Liverpul"la ikinci oyuna daha yaxşı hazırlaşması məqsədilə parislilərin "Lans"la matçı təxirə salınıb. "Liverpul" isə həftəsonu Premyer Liqada "Fulhem"lə qarşılaşacaq.

Qeyd edək ki, cavab matçı aprelin 15-də keçiriləcək.

Seçilən
14
1
teleqraf.com

2Mənbələr