Sherg.az saytına istinadən ain.az xəbər verir.
Son illər Azərbaycanın dünya miqyasında nüfuzu artmaqda, beynəlxalq əlaqələri genişlənməkdədir. Prezident İlham Əliyevin müxtəlif ölkələrə ardıcıl səfərləri və ayrı-ayrı dövlətlərin başçılarının Azərbaycana səfərləri bunun bariz nümunəsidir. Eyni zamanda, Azərbaycanın rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı layihələr ölkəmizə marağı getdikcə artırır.
Bu baxımdan Litvanın Baş naziri İnqa Ruqinienenin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən görüşdən sonra Litva hökumət başçısının verdiyi mesajlar Bakı ilə Vilnüs arasında siyasi dialoqun və strateji əməkdaşlığın genişlənməsi üçün ciddi potensialın mövcud olduğunu bir daha nümayiş etdirib.
Siyasi ekspertlər də hesab edir ki, Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar digər sahələrə də öz müsbət təsirini göstərir. Gələcək illərdə iqtisadiyyat və ticarət sahələrində də işlər sürətlə gedəcək.
Mövzunu şərh edən Milli Məclisin deputatı Azər Badamov Sherg.az-a açıqlamasında Azərbaycan və Litva arasındakı münasibətləri müsbət dəyərləndirib:

“Azərbaycan Litva münasibətlər hazırda dost, praqmatik və inkişaf potensialı yüksək səviyyədədir. Siyasi münasibətlər yüksək səviyyəlidir. O cümlədən parlamentlərarası münasibətlər də dostluq üzərində qurulub. Litva Azərbaycanın ərazi bütövlüyünü hər zman dəstəkləyib və beynəlxalq hüquqa yüksək dəyər verir. Ölkələrimiz arasında kəskin siyasi ziddiyyətlər yoxdur və tərəflər daha çox əməkdaşlıq yönümlü yanaşma nümayiş etdirir. Litvanın Baş naziri İnqa Ruqinienenin ölkəmizə səfəri ikitərəfli əməkdaşlıq imkanlarının genişləndirlməsi və əlaqələrimizin inkişafına töhfə verəcəkdir. Bu gün Litva ilə iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı perspektivlər mövcuudr. O cümlədən enerji, investisiyalar, təhsil, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirlməsi imkanları genişdir. Ölkələr arası rəsmilərin qarşılıqlı səfərlərinin artırırılması münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəkdir”.
Deputat qeyd edib ki, Avropa İttfaqına üzv ölkələri ilə ikitərəfli münasibətlərin genişlənməsi inteqrasiya inteqrasiya prosesinə impuls verir:
“ Avropa İttifaqında təmsil olunan ölkələrin bizim regionumuza baxışları fərqlidir. Bu baxımdan Avropa İttifqaına üzv ölkələri ilə ikitərfli əməkdaşlığın genişlənməsi sözümüzn gücünü artırır”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.