AZ

Azərbaycanla Meksika diaspor sahəsində əməkdaşlıq edəcək

Bakı. Trend:

Sərhədlərimizdən kənarda yaşayan soydaşlarımız, Azərbaycanicmaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vəBirinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətindədir.Azərbaycan dövləti dünyanın müxtəlif ölkələrində yaşayansoydaşlarımızın Azərbaycan Respublikası ilə əlaqələrinin daha damöhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təminolunması istiqamətdə fəaliyyətini davam etdirməkdədir.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

"Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilənuğurlu diaspor siyasətinin mühüm nəticəsidir ki, Azərbaycan dövlətiilə xaricdə yaşayan soydaşlarımız arasında, eləcə də icmalardaxilində əlaqələr daha da intensivləşib, koordinasiyalı fəaliyyətgeniş vüsət alıb.

Azərbaycan dövlətinin siyasətinə uyğun olaraq Diasporla İş üzrəDövlət Komitəsi çoxyönlü layihələr həyata keçirir, xaricdəkiAzərbaycan Evlərinin, Koordinasiya Şuralarının, həftəsonuməktəblərinin fəaliyyətlərini dəstəkləyir, Azərbaycan icmalarınınqayğıları ilə maraqlanır, onlara bütün mümkün köməkliklərigöstərir", - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, komitənin fəaliyyət istiqamətlərindən biri dəxarici ölkələrin aidiyyəti dövlət orqanları, rəsmi qurumları iləəlaqələrin qurulması və inkişaf etdirilməsidir:

"Son illərdə Diasporla İş üzrə Dövlət Komitəsinin RumıniyanınXaricdəki Rumınlarla İş üzrə Nazirliyi (2018), Türkiyənin XaricdəYaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi (2018),Qırğızıstanın Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi 2024),Qırğızıstanın Xalq Assambleyası (2023), elə də komitənintabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun TürkiyəninMərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi (2019),“Macar-Turan” Beynəlxalq Fondu (2024) ilə imzalanan anlaşmamemorandumları diaspor sahəsində beynəlxalq miqyaslıəməkdaşlıqların əməli nümunəsidir.

Ölkəmizin diaspor sahəsində növbəti əməkdaşlığı Meksika iləqurulmaqdadır. Dünyada geniş yayılan diasporlardan sayılanmeksikalıların yaşadıqları ölkələrin iqtisadi, siyasi və mədənihəyatında təsirləri hiss olunandır və yerli cəmiyyətlərə sürətləinteqrasiya edirlər. Bu baxımdan xaricdə yaşayan azərbaycanlı vəmeksikalı icmaların dəstəklənməsi və onlara kömək göstərilməsi,eləcə də qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıqmexanizmlərinin yaradılması olduqca əlamətdar hadisədir.

Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsi vəXaricdə Yaşayan Meksikalılar İnstitutu (XME) vasitəsilə MeksikaBirləşmiş Ştatlarının Xarici İşlər Nazirliyi arasında imzalanmasınəzərdə tutulan Anlaşma Memorandumu xalqlarımız arasında dostluq vəəməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə, iki ölkə arasındaəlaqələrin intensivləşdirilməsinə mühüm töhfə verəcəkdir".

Vurğulanıb ki, memorandumun məqsədi kimi xaricdə yaşayanazərbaycanlı və meksikalı icmaları dəstəkləmək və onlara köməkgöstərmək üçün qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıqmexanizmləri yaratmaqdır.

"Bunun üçün Azərbaycan və Meksika tərəfləri məsləhətləşmələr,məlumat, təcrübə və sənəd mübadiləsi aparacaq, birgə təlimlərtəşkil edəcəklər.

Anlaşma Memorandumunda hüquq və azadlıqların, habelə millimədəni dəyərlərin qorunmasının, cəmiyyətə inteqrasiyanın, habeləxaricdə yaşayan milli icmaların mədəni irsinin tanınmasınınvacibliyi qeyd olunur. Müasir dünyada qloballaşma prosesinininkişafında və sivilizasiyalararası dialoqun genişlənməsində milliicmaların və diasporun artan rolu təsdiqlənir. Hər iki ölkəninhökumətlərinin daxildə və xaricdə öz vətəndaşlarının xeyrinə həyatakeçirdikləri təşəbbüslər vurğulanır.

Müxtəlif ölkələrdəki soydaşlarımızın və Azərbaycan icmalarınınyaşadıqları cəmiyyətlərdəki mövqelərinin gücləndirilməsi məqsədiləkomitənin gələcək beynəlxalq əməkdaşlıq arealının genişləndirilməsinəzərdə tutulur".

Məqalədə:
Seçilən
51
5
az.trend.az

6Mənbələr