AZ

“Sinkar Holding”də maliyyə böhranı - Ələsgər Mehdiyevin böyük məbləğdə vergi borcu yaranıb

İnşaat sektorunda fəliyyət göstərən “Sinkar Holding”də rəhbəri Ələsgər Mehdiyevin dövlətə külli miqdarda borcu var...

Poliqon Qaynarinfo-ya istinadən xəbər verir ki, “Sinkar Holding” şirkəti ətrafında maliyyə problemləri ilə bağlı ciddi iddialar gündəmə gəlib. Məlumatlara görə, holdinqin rəhbər şəxslərindən biri olan Ələsgər Mehdiyevin külli miqdarda borc öhdəliklərinin olduğu bildirilir. Bu vəziyyətin şirkətin ümumi fəaliyyətinə və maliyyə dayanıqlığına təsir etdiyi qeyd olunur.

İddialara əsasən, yaranmış borcların həcmi kifayət qədər yüksəkdir və bu, şirkətin ödəniş qabiliyyəti ilə bağlı suallar doğurur. Məsələ ilə bağlı müxtəlif işgüzar çevrələrdə müzakirələr aparılır və bu durumun holdinqin gələcək fəaliyyətinə mümkün təsirləri qiymətləndirilir. Qeyd edilir ki, "Şinkar Holding" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 357.629,37 AZN vergi borcu var. 

Eyni zamanda bildirilir ki, maliyyə çətinlikləri şirkətin bəzi layihələrinin icrasında gecikmələrə səbəb ola bilər. Bu isə tərəfdaşlarla münasibətlərə və bazardakı mövqeyə mənfi təsir göstərə bilər.

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr