AZ

AFFA iki komandaya texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib.

"Football-plus.az" xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

U-13 Liqasında keçirilən UGİM (Culfa) - UGİM (Şərur) oyunu bitdikdən sonra birincilərin heyətində 2012-ci il təvəllüdlü Əli Əsgərlinin meydana daxil olması səbəbindən Culfa təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 Liqasında keçirilən "Araz Saatlı" - "Xan Marafon" İK oyununun 44-cü dəqiqəsində qonaqların məşqçisi Raqib Məmmədov hakimə etiraz olaraq futbolçularını meydandan çıxartdığı üçün onun komandası 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.

Seçilən
17
4
football-plus.az

5Mənbələr