AZ

Məşqçilərə UEFA-nın A kateqoriyalı diplomları təqdim olundu

Bu gün AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplomlar verilib.

"Football-plus.az" xəbər verir ki, diplomları baş katibin müavini Elçin Məmmədov və təlimatçılar Osman Rəhimovla Arif Əsədov təqdim edib.

2025-26-cı illəri əhatə edən UEFA-nın A kateqoriyalı məşqçi kursunu Təhsil Şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçılar Osman Rəhimovla Arif Əsədov keçiblər.

Seçilən
10
10
football-plus.az

10Mənbələr