AZ

İrandan Xamenei ilə bağlı açıqlama: Bu, vəziyyəti təhlükəli edir

İran xarici işlər nazirinin müavini Səid Xatibzadə ölkənin Ali Rəhbəri Müctəba Xameneinin səhhətinin yaxşı olduğunu və onun ölkəni idarə etməyə davam etdiyini bildirib.

Azreform.info xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Diplomat qeyd edib ki, Xamenei tam sağlamdır və hər şey onun nəzarəti altındadır.

Ali Rəhbərin ictimaiyyət qarşısına nadir hallarda çıxmasına aydınlıq gətirən Xatibzadə bunu təhlükəsizlik məsələləri ilə əlaqələndirib. O bildirib ki, ABŞ-ın beynəlxalq hüququ pozaraq ölkə başçısını öldürməsi və İsrailin hər kəsə qarşı sui-qəsd törədə biləcəyi ehtimalı vəziyyəti təhlükəli edir.

Qeyd edək ki, bir müddət əvvəl "The Times" qəzeti kəşfiyyat məlumatlarına istinadən Xameneinin müalicə aldığını və idarəçilikdən uzaqlaşdığını yazsa da, İranın rəsmi mənbələri bu xəbəri təkzib edib.

Seçilən
22
2
azreform.info

3Mənbələr