AZ

Cüdo millisinin baş məşqçisi: Avropa çempionatında hər çəkidə medal qazanmaq şansımız var

Bakı, 9 aprel, AZƏRTAC

Avropa çempionatının startına az müddət qalıb. Hazırlığımız istədiyimiz kimi keçir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın kişi cüdoçulardan ibarət millisinin baş məşqçisi və performans direktoru Riçard Trautman Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa çempionatına hazırlıq barədə danışarkən deyib.

Mütəxəssis gözləntilərin yüksək olduğunu bildirib: “Hər çəkidə medal qazanmaq şansımız var. Ötən il Avropa çempionatında 5 medal qazandıq. Ümid edirik ki, bu dəfə medalların sayı daha artıq olacaq. Ən əsası, qızıl medal qazanmaq istəyirik. Avropa çempionatındakı nəticələr bizim üçün çox əhəmiyyətlidir. Amma unutmamaq lazımdır ki, Bakı bu il dünya çempionatına ev sahibliyi edəcək. Bizim əsas hədəfimiz mundialda medallara sahib çıxmaqdır”.

Qeyd edək ki, Avropa çempionatı aprelin 16–19-da təşkil olunacaq. Qitə yarışında 46 ölkədən 409 cüdoçu (232 kişi və 177 qadın) 14 dəst medal uğrunda mübarizə aparacaq.

Müxbir - Aynur Əlixanlı
Fotoqraf - Nicat Haşımov
Seçilən
38
azertag.az

1Mənbələr