AZ

Azərbaycanın büdcə gəlirləri azalıb Neft isə bahalaşır

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Cari ilin yanvar–fevral aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

“AzPolitika” xəbər verir ki, büdcə gəlirlərinin həcmi həmin dövrdə 6 milyard 311,5 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,32 faiz və ya 426,1 milyon manat azdır. 2025-ci ilin yanvar–fevral aylarında büdcə gəlirləri 6 milyard 737,6 milyon manat olub.

Dövlət büdcəsinin xərcləri də azalıb. Cari ilin yanvar–fevral aylarında xərclərin həcmi 4 milyard 643,1 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,47 faiz və ya 722,9 milyon manat azdır. 2025-ci ilin müvafiq dövründə büdcə xərcləri 5 milyard 366 milyon manat olub.

Qeyd edək ki, yanvar-fevral aylarında büdcə gəlirləri azalsa da, martın əvvəllərindən dünya bazarında Azərbaycanın əsas ixrac məhsulu olan neftin bahalaşması müşahidə olunub. Azərbaycan büdcəsində neftin bir bareli 65 dollardan götürülüb. Hazırkı qiymətlər isə 100 dollar ətrafında dəyişir. Bir müddət neft hətta 140 dollara qədər qalxmışdı.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
azpolitika.info

1Mənbələr