Yazını böyüt
Yazını kiçilt
Türkiyənin “Qalatasaray” klubunun qadınlardan ibarət voleybol komandası CEV Kubokunun qalibi olub.
Hafta.az xəbər verir ki, İstanbul təmsilçisi səfərdə 3:2 hesabı ilə qalib gəldiyi İtaliyanın “Reale Mutua Fenera” klubunu cavab görüşündə də üstələyib – 3:1.
Bununla da “Qalatasaray” tarixində ilk dəfə voleybol üzrə Avropa kubokuna sahib çıxıb.
Qeyd edək ki, komanda daha əvvəl CEV Kubokunda 2011/2012, 2015/2016 və 2020/2021-ci illər mövsümlərində finala yüksəlsə də, ikinci yerlə kifayətlənmişdi.