AZ

Millimizin sabiq üzvlərinə məşqçilik diplomları təqdim olundu FOTOLAR

Sportal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu gün AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplomlar verilib.

Sportal.az xəbər verir ki, diplomları AFFA-nın baş katibinin müavini Elçin Məmmədov və təlimatçılar Osman Rəhimovla Arif Əsədov təqdim ediblər.

A kateqoriyası alanların arasında Azərbaycan milli komandasının sabiq üzvlərindən Rauf Əliyev, Rasim Ramaldanov, Rail Məlikov, Ruslan Əmircanov, Rəşad Eyyubov, Maksim Medvedev kimi simalar var.

Qeyd edək ki, 2025-2026-cı illəri əhatə edən UEFA-nın A kateqoriyalı məşqçi kursunu Təhsil Şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçılar Osman Rəhimovla Arif Əsədov keçiblər.

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
10
sportal.az

10Mənbələr