AZ

Azərbaycan və Pakistan xarici işlər nazirləri ABŞ ilə İran arasında əldə olunmuş atəşkəs barədə fikir mübadiləsi aparıblar

Bakı. Trend:

8 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramovla Pakistan İslam Respublikasının Baş nazirininmüavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefondanışığı aparılıb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tərəflərregionda mövcud təhlükəsizlik vəziyyətini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov ABŞ ilə İran arasında əldə olunmuşatəşkəsi alqışlayaraq, bunun gərginliyin azaldılması, sabitliyinmöhkəmləndirilməsi və humanitar vəziyyətin yaxşılaşdırılmasıbaxımından mühüm addım olduğunu vurğulayıb.

Dost və qardaş Pakistan tərəfinin atəşkəsin əldə olunmasıistiqamətində oynadığı mühüm rol xüsusilə təqdir olunub. Pakistanabölgədə sülh və sabitliyin təşviqi, tərəflər arasında dialoqunqurulması və etimadın möhkəmləndirilməsi istiqamətində göstərdiyisəylərdə, habelə qarşıdan gələn İslamabad danışıqlarında uğurlararzulanıb. İslamabad danışıqlarının müsbət nəticələnəcəyinə ümidifadə olunub.

Nazir Ceyhun Bayramov Pakistanın ardıcıl və prinsipialmövqeyini, habelə konstruktiv təşəbbüslərini yüksəkqiymətləndirib.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər regional vəbeynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb vəAzərbaycan-Pakistan tərəfdaşlığının inkişaf perspektivlərinimüzakirə ediblər.

Seçilən
46
19
az.trend.az

10Mənbələr