AZ

İsrail ABŞ-yə QARŞI- Atəşkəs planı BÖHRAN YARATDI

Mövzu ilə bağlı  Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Ajans.az-a açıqlamasında bildirib ki, İsrail hökuməti İranla-ABŞ arasında razılaşmanı öz maraqlarına təhdid hesab edir. Buna görə də danışıqlar masasının qurulmasından narahatlıq keçirir.  Müharibənin davam etməsi isə Tramp hökumətinin maraqlarna zərbə vurur: “Ona görə də müharibə başlamazdan öncə, müharibənin gedişində və hazırda da istər İsraillə ABŞ arasında, istərsə də ABŞ hökuməti daxlində ciddi fikir ayrılıqları var: “ABŞ hökumətində və ordudakı istefalar məhz bu narazılığın tərkib hissəsidir. Ekspert qeyd edib ki,  irəli sürülən şərtlərlə bağlı fərqli variantların yayılması da bundan qaynaqlanır. Atəşkəslə bağlı informasiyanın yayılmasından dərhal sonra İsraildə hökumətə qarşı etiraz səsləri yüksəlməyə, müxalifət tərəfindən kəskin tənqidlər artmağa başlandı və Netanyahu İsrailin strateji məğlubiyyətə uğramasında günahlandırıldı. Netanyahu da bilir ki, hazırki şərtlər çərçivəsində müharibə dayanarsa o zaman ona qarşı olan korrupsiya ittihamlarndan daha ağır ittihamlar gündəmə gələcək.  Xüsusilə İsrailin dövlət maraqlarına vurduğu zərbə ilə bağlı təzyiqlər güclənəcək. Ona görə də Livanda ərazi işğal etməklə və Hizbullaha ağır zərbə vurmaqla nəticə əldə etmək və müharibədən sonra ona yönələcək ittihamlara qarşı aruqmentlər formalaşdırmağa çalışır.  Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, İsraillə ABŞ arasında müxtəlif dönəmlərdə, xüsusilə ABŞ tarixinin Tramp hakimiyyəti zamanı ciddi fikir ayrılıqları formalşsa da münasibətlər qırılma nöqtəsinə çatmayıb: 

“Bunun köklü səbəbləri var. Xüsusilə ABŞ-də yəhudi lobbisinin güclü maliyyə imkanlarına və təsir rıçaqlarına sahib olması, hökumət və konqres üzərində ciddi təzyiq imkanları formalaşdırır. İsrail də bu imkanlarından istifadə edərək Livanın atəşkəsə daxil edilməməsi üçün ABŞ hökumətinə təzyiq göstərir və bu istiqamətdə yürüdülən siyasəti sabotaj edir. Bu isə bölgə üçün ciddi təhdidlər formalaşdırır”.-deyə, o açıqlayıb.

Seçilən
2
Ajans.az

1Mənbələr