AZ

Rusiya neft tankerlərini hərbi gəmilərlə qorumağa başlayıb Kremldən açıqlama

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

“Rusiyanın beynəlxalq sularda piratlardan özünü qorumaq hüququ var”.

“AzPolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin sualını cavablandırarkən deyib. O, bildirib ki, Rusiya son aylarda beynəlxalq sularda bu cür hallarla dəfələrlə üzləşib və öz gəmiçiliyinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görəcək.

Qeyd edək ki, bu açıqlama Britaniyanın “Telegraph” qəzetində yayılan məlumatdan sonra verilib. Nəşr yazıb ki, Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Admiral Qriqoroviç” freqatı La-Manş boğazı boyunca sanksiya altında olan iki tankeri müşayiət edib.

Söhbət Rusiyanın “kölgə donanması”na aid edilən gəmilərdən – Rusiya bayraqlı “Universal” və Kamerun bayraqlı “Enigma” tankerindən gedir.

Məlumata görə, hər iki tanker aprelin 8-də Leninqrad vilayətində yerləşən limanlardan çıxaraq qərb istiqamətində, Plimut tərəfə hərəkət edib. “Telegraph” qeyd edir ki, həmin dövrdə La-Manşdan əks istiqamətdə daha iki sanksiyalı tanker – “Desert Kite” və “Kousai” da keçib.

Peskov bildirib ki, Moskva beynəlxalq sularda baş verən bu cür insidentləri “piratlıq” kimi qiymətləndirir və onların Rusiya Federasiyasının iqtisadi maraqlarına zərər vurduğunu düşünür.

Digər tərəfdən, Böyük Britaniya Rusiya neftinin sanksiyalardan yayınaraq ixracının qarşısını almaq üçün tədbirləri gücləndirib. Ölkənin baş naziri Keir Starmer ötən ay bəyan edib ki, Britaniya sularında Rusiya ilə əlaqəli gəmilərin saxlanmasına icazə verib.

Hazırda Böyük Britaniya Rusiyanın “kölgə donanması”na aid olduğu bildirilən 544 gəmini sanksiya siyahısına daxil edib. 2026-cı ilin yanvarında isə ABŞ hərbçilərinin iştirakı ilə Şotlandiya sahilləri yaxınlığında Rusiya ilə əlaqəli “Marinera (Bella 1)” tankerinin saxlanıldığı bildirilib.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
azpolitika.info

1Mənbələr