İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin müdafiə qüvvələrinin "Hizbullah”a lazım olan hər yerdə zərbə endirməyə davam edəcəyini bəyan edib.
Publika.az xəbər verir ki, Netanyahu bununla bağlı “X” hesabında paylaşım edib.
"Mesajımız aydındır. İsrailin mülki şəxslərinə qarşı hərəkət edən hər kəs hədəfə alınacaq. Şimal sakinlərinin tam təhlükəsizliyini bərpa edənə qədər “Hizbullah”a lazım olan hər yerdə zərbə endirməyə davam edəcəyik", - deyə o bildirib.