AZ

Hamı "Bayern"in ulduzundan danışır: Bu qədər puldan niyə imtina edir?

"Bayern"in və Fransa millisinin vingeri Maykl Olise yenidən diqqət mərkəzinə düşüb.

Publika.az xəbər verir ki, o, bu dəfə oyunu ilə yox, karyerası ilə bağlı verdiyi qərarla gündəmə gəlib.

Məlumata görə, 24 yaşlı futbolçu karyerası boyu heç bir idman brendi ilə müqavilə bağlamadan çıxış edir. Bu isə müasir futbolda demək olar ki, rast gəlinməyən haldır.

Olise meydançaya "Nike" butsları ilə çıxsa da, onun heç bir reklam razılaşması yoxdur. Mənbələrin bildirdiyinə görə, bu, futbolçunun şüurlu seçimidir. O, kommersiya müqavilələrində maraqlı deyil.

Fransalının populyarlığının sürətlə artdığını və böyük marketinq potensialına sahib olduğunu nəzərə alsaq, bu mövqe daha da qeyri-adi görünür.

Seçilən
15
publika.az

1Mənbələr