AZ

Gəncə beynəlxalq diqqət mərkəzində: “WUF13 Ganja” sənədli filmi təqdim olunub  

“Anewz” televiziya kanalı Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə həsr edilmiş “WUF13/World Urban Forum: Ganja” adlı sənədli filmi təqdim edib. Filmdə Gəncə şəhəri həm zəngin tarixi-mədəni irsi, həm də müasir inkişafı kontekstində geniş şəkildə təqdim olunur. Qeyd edilir ki, şəhər təkcə Azərbaycanın deyil, bütövlükdə regionun mühüm elmi, mədəni və ticarət mərkəzlərindən biri kimi formalaşıb.

Ekran işində dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsi xüsusi vurğulanır, onun doğma şəhərinin tarixindəki rolu geniş şəkildə işıqlandırılır.  Şəhərin multikultural mühiti, tolerant cəmiyyəti və İpək Yolu üzərində yerləşməsi sayəsində formalaşmış zəngin ənənələri diqqətə çatdırılır. Bununla yanaşı Gəncənin müasir siması, urban inkişafı, infrastruktur layihələri və yüksək həyat keyfiyyəti də ön plana çıxarılır.

Tamşaçı  elkranda şəhərin əsas görməli məkanları olan Nizami Gəncəvi məqbərəsi, Şah Abbas və “İmamzadə” kompleksi, Heydər Əliyev Parkı, Xan bağı, eləcə də “Gəncə qapıları” və digər tarixi abidələri seyr edir. Sənədli filmdə həmçinin Göygöl rayonu və Göygöl Milli Parkı kimi ətraf bölgələrin təbii gözəlliklərinə də yer verilib.  Müxtəlif sahələri təmsil edən yerli ekspertlərin və rəsmi şəxslərin fikirləri də təqdim olunur. Onlar şəhərin inkişaf perspektivləri, elmi və mədəni potensialı, həmçinin region üçün strateji əhəmiyyəti barədə danışırlar. Qeyd edilib ki, layihənin əsas məqsədi Gəncənin beynəlxalq platformalarda tanıdılması, şəhərin turizm, mədəniyyət və iqtisadi imkanlarının daha geniş auditoriyaya çatdırılmasıdır.

Züleyxa ƏLİYEVA,

“Azərbaycan”

Seçilən
15
10
azerbaijan-news.az

10Mənbələr