AZ

Zelenski: Ukrayna müharibəsinin bitməsi üçün üçtərəfli görüş hazırlanır

Ukraynadakı müharibəyə son qoymaq üçün yaxın gələcəkdə üçtərəfli görüş keçiriləcək.

Turkustan.az xəbər verir ki bu görüşün formatı hələlik dəqiqləşdirilməyib.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Prezidenti yanında Yerli və Regional Hakimiyyətlər Konqresində bildirib.

“Ukraynada müharibəyə son qoymaq və sülhə nail olmaq mənim üçün, danışıqlar qrupumuz üçün, bütövlükdə Ukrayna üçün bir nömrəli məsələ və bir nömrəli vəzifədir. Bu gün biz müxtəlif razılaşmaların üçtərəfli prosesindəyik. Yaxın Şərqdəki müharibə səbəbindən görüşlərimiz təxirə salındı. Sonuncu görüş video formatında keçirildi. Amerika Birləşmiş Ştatları Prezident qrupunun nümayəndələri ilə söhbət oldu və biz yaxın gələcəkdə üçtərəfli görüşün keçirilməsi və ya Amerika qrupunun bizə gələcəyi, yəqin ki, sonra qonşularımıza gedəcəyi formatda razılığa gəldik”, - deyə Zelenski bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
25
turkustan.az

1Mənbələr