Turkstan.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İstanbul Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları rəqəmsal platformada yayımlanan bir proqramda iştirak edən Yusuf Güneyin “Ayahuasca çayı”nın istifadəsini təşviq edən açıqlamalar verdiyini müəyyən ediblər.
Turkustan.az xəbər verir ki, aparılan araşdırmalar zamanı “Ayahuasca çayı”nın tərkibində olan DMT (dimetiltriptamin) maddəsinin qadağan olunmuş psixotrop maddələr siyahısına daxil olduğu məlum olub. İstintaq çərçivəsində Yusuf Güney bu gün saxlanılıb.
Son illərdə alternativ terapiya və mənəvi təcrübələr kontekstində məşhurlaşan ayahuasca, Cənubi Amerikadan qaynaqlanan güclü bitki qarışığı kimi tanınır. Bu içki əsrlər boyu, xüsusilə Amazoniya bölgəsinin yerli xalqları tərəfindən həm müalicə, həm də ritual məqsədlərlə istifadə olunub.
Ayahuasca adətən Banisteriopsis caapi adlı sarmaşıq bitkisi ilə DMT tərkibli digər bitkilərin birləşdirilməsi ilə hazırlanır. Bu qarışıq güclü psixoaktiv təsir göstərərək qavrayış və şüurda dəyişikliklərə səbəb ola bilər. Ənənəvi olaraq, bu içki şamanların rəhbərliyi ilə keçirilən mərasimlərdə istifadə edilir.
Aytən Yaşar/ Turkustan.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.