AZ

Pezeşkian narazıdır: təhlükəli siqnaldır!

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkian Livana edilən hücumların regionda aparılan danışıqları təhlükə altına atdığını bəyan edib.

Modern.az xəbər verir ki, Pezeşkian rəsmi müraciətində davam edən hərbi əməliyyatların diplomatik səyləri faktiki olaraq mənasız etdiyini bildirib.

Prezident qeyd edib ki, bu hücumlar ilkin atəşkəs razılaşmasının kobud şəkildə pozulmasıdır və tərəflər arasında etimadsızlığın dərinləşdiyini göstərir:

"Bu cür addımlar mümkün razılaşmalara sadiqliyin olmadığını nümayiş etdirən təhlükəli siqnaldır. İran regiondakı mövqeyindən geri çəkilməyəcək. Heç vaxt livanlı qardaş və bacılarımızı tərk etməyəcəyik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
modern.az

1Mənbələr