AZ

Türkiyədə məşhur müğənni saxlanıldı: ŞOK İTTİHAM

İstanbul Polis İdarəsinin Narkotik Cinayətləri Bölməsinin qrupları rəqəmsal platformada yayımlanan bir proqramda iştirak edən Yusuf Güneyin "Ayahuasca Çayı"nın istehlakını təşviq edən ifadələr işlətdiyini müəyyən edib.

Turkustan.az xəbər verir ki, araşdırmalar nəticəsində məlum olub ki, "Ayahuska çayı"nda tapılan DMT qadağan olunmuş maddələr arasındadır. Davam edən araşdırmalar nəticəsində Güney bu gün saxlanılıb.

Son illərdə alternativ terapiya və mənəvi təcrübələr

kontekstində məşhurlaşan Ayahuasca çayı, Cənubi Amerikadan gələn güclü bir bitki qarışığı kimi tanınır. Əsrlər boyu, xüsusən də Amazoniya yerliləri tərəfindən istifadə edilən bu içki həm müalicə, həm də ritual məqsədlər üçün istehlak edilir.

Ayahuasca adətən sarmaşıq Banisteriopsis caapi-ni DMT (dimetiltriptamin) tərkibli bitkilərlə birləşdirməklə hazırlanır. Bu qarışıq zehni və qavrayış dəyişikliklərinə səbəb ola biləcək psixoaktiv təsir yaradır. Yerli mədəniyyətlərdə şamanların iştirakı ilə keçirilən mərasimlərdə istifadə olunur.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
36
turkustan.az

1Mənbələr