Gəncə şəhərində region ziyalılarının iştirakı ilə dəyirmi masa təşkil olunub.
"Far.Az"un Qərb bürosunun məlumatına görə, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Elm və Təhsil Nazirliyi, eləcə də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gəncə şəhərində "Parlayan ZİYA: təbliğat-təşviqat qrupu" layihəsi çərçivəsində baş tutub.
Layihənin əsas məqsədi ölkənin tanınmış ziyalıları, elm, mədəniyyət, idman və din xadimlərini regionlara cəlb etməklə əhali ilə birbaşa ünsiyyət platforması yaratmaq, aktual sosial mövzular ətrafında fikir mübadiləsi aparmaq və gənc nəslin sağlam, savadlı, məsuliyyətli vətəndaş kimi formalaşmasına dəstək verməkdir.
İki hissədən ibarət olan görüşün birincisi bölgə ziyalılarının iştirakı ilə Gəncə Şəhər İcra Hakimiyyətində baş tutub.
Görüş zamanı region üzrə yerli əlaqələndirici şura yaradılıb.