AZ

Regionun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən strateji əməkdaşlıq

Qarşılıqlı hörmət,

ortaq maraqlara əsaslanan əməkdaşlıq regionda yeni siyasi mədəniyyət

formalaşdırır ki, bu baxımdan Azərbaycan Gürcüstan əlaqələri mühüm faktordur.

İki ölkə arasında münasibətlər yalnız coğrafi qonşuluqla məhdudlaşmır, eyni

zamanda bu münasibətlər dərin tarixi köklərə və qarşılıqlı etimada əsaslanan

strateji tərəfdaşlıq modelidir.

Aprelin 6-da Gürcüstana

səfəri çərçivəsində Prezident İlham Əliyev siyasi-iqtisadi münasibətlərin yeni

mərhələyə qədəm qoyduğunu göstərir. 

Xüsusən son illərdə iki ölkə arasında ticarət dövriyyəsinin artım

dinamikası xüsusi diqqət çəkir. 800 milyon dollardan artıq olan ticarət həcmi

və cari ildə bu göstəricinin daha da yüksəlməsi iqtisadi əlaqələrin sabit və

davamlı xarakter daşıdığını göstərir. Cənab Prezidentin mətbuaya bəyanatla

etdiyi çıxışında qeyd olunduğu kimi, mövcud temp qorunarsa, yaxın perspektivdə

ticarət dövriyyəsinin bir milyard dollara çatması tam real görünür. Bu isə

artıq münasibətlərin yeni iqtisadi miqyas qazandığını deməyə əsas verir.

Səfər çərçivəsində

mətbuata birgə bəyanat zamanı Prezident İlham Əliyev deyib: “Müzakirə etdiyimiz

məsələlər bir daha onu göstərir ki, Gürcüstan və Azərbaycan hər zaman olduğu

kimi bir yerdədir. Bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələrimiz üçün

möhkəm zəmindir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq

şəraitində yaşamışlar və bu gün bu ənənələr davam etdirilir. Bu gün iki

müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan inamla inkişaf edir”.

Dövlət başçısı Azərbaycanın

enerji siyasətində Gürcüstanın rolundan da danışıb: “Azərbaycan energetika

sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən

addımlar atmışdır. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixrac

yenə də Gürcüstandan başlayır və Gürcüstan burada birinci ölkədir. Həm

Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də

Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən

keçirilir. Biz bu mövcud infrastruktur haqqında kifayət qədər danışmışıq. Bütün

bu infrastruktur göz önündədir və artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft

kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi də ondan sonra icra

edilmişdir və bu gün bu infrastruktur, əslində, böyük coğrafiya üçün mühüm

əhəmiyyət daşıyır. Biz sonra bu dəhlizlər üzərindən nəqliyyat dəhlizlərini də

inşa etdik və bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində

işlər aparılır. Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu bizim üçün

əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir

və göstəriləcəkdir”.

Ümumilikdə reallaşan

səfər Azərbaycan Gürcüstan münasibətlərinin təkcə ikitərəfli çərçivədə deyil,

bütövlükdə regionun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən strateji əməkdaşlıq

platforması olduğunu deməyə əsas verir.

Mətanət Səfərli,

YAP Nəsimi Rayon

Təşkilatının əməkdaşı

Seçilən
21
4
azerbaijan-news.az

6Mənbələr