"Bavariya"nın futbolçusu Leon Qoretzka karyerasını İtaliya liqasında davam etdirə bilər.
QOL.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
"Milan" alman yarımmüdafiəçini transfer etməyi planlaşdırır. Artıq A seriyası təmsilçisi hərəkətə keçib.
Klub Qoretzkanı azad agent kimi öz sıralarına cəlb etmək üçün mövsümlük ən azı 5 milyon avro maaşla 3 illik müqavilə təklif edib.
Qoretzka "Bavariya"ya 2018-ci ildə "Şalke"dən keçib. Onun Münhen komandası ilə hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir. Cari mövsüm 31 yaşlı futbolçu "Bavariya"nın heyətində bütün turnirlərdə 39 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.