AZ

Sürücülərə ŞAD XƏBƏR Avtomobil yağları ucuzlaşır

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Hörmüz boğazındakı gərginliyin azalması Azərbaycanın Avropa mənşəli avtomobil yağları bazarına müsbət təsir göstərəcək.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, əvvəllər 100 manata satılan bəzi məhsullar sonradan xammalın bahalaşması səbəbindən 120-125 manata təklif edilirdi. Amma atəşkəs və riskin azalması idxal proseslərini sürətləndirir və xərcləri aşağı salır. Bahalaşma əsasən Avropa mənşəli yağlarda müşahidə olunurdu, çünki daşınma xərcləri və geosiyasi risklər qiymətləri yüksəldirdi.

Hörmüz boğazının tam açılması və ABŞ-la İran arasında müharibə ehtimalının azalması ilə idxal rahatlaşacaq. Həmçinin dünya bazarında neftin ucuzlaşması da davam edir. Ucuzlaşmanı bir neçə gün əvvəl OPEC+ ölkələrinin ixracatı artırmaq barədə qərarı da tətikləyəcək. Bu isə uzunmüddətli perspektivdə Azərbaycanda avtomobil yağlarının qiymətlərinin tədricən ucuzlaşmasına imkan yaradacaq.

Bazar hələ də qlobal enerji və logistika xərclərinin təsirinə həssas olsa da, artıq ciddi risklərin aradan qalxması sürətli ucuzlaşma üçün əsaslı ümid yaradır.

A.NƏSİRLİ

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
globalinfo.az

1Mənbələr