AZ

Şimali Kipr ilə parlament səviyyəsində əməkdaşlığın qurulması çox ciddi addımdır – Vüqar İskəndərov

Bakı. Trend:

Sözün əsl mənasında Azərbaycan və Türkiyə xalqları və dövlətləriarasındakı münasibətlərin dünyada analoqunun olmadığı bəllidir.

Trend xəbərverir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərovAzərbaycan-Türkiyə-Şimali Kipr Parlamentlərarası əlaqələr üzrə işçiqruplarının üçüncü iclasında deyib.

“Yəni, bir neçə ölkə nümunəsi göstərmək olar ki, onlararasındakı münasibətlər çox sıxdır, qardaş dövlətlərdir, onlarınhəm kökündə, dəyərlərində, dinində birliklər mövcuddur. Ammahəqiqətən iki yüzdən yuxarı dövləti və xalqları araşdırdıqda,Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın və qardaş olan başqadövlət və xalqlar mövcud deyil. Bu isə bizim kifayət qədər fərqliolduğumuzu göstərir”, - deyə o bildirib.

Millət vəkili bildirib ki, bu gün isə Prezident İlham Əliyev vəPrezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə dövlətlərimiz vəxalqlarımız arasında münasibətlər bütün sahələr üzrə ən yüksəksəviyyəyə çatıb və bu səviyyə artıq real şəkildə yaşanır.Parlamentlər də bu prosesə öz töhfəsini verir. Azərbaycan vəTürkiyə parlamentləri arasında münasibətlər və görülən işlər yüksəksəviyyədə qiymətləndirilməlidir.

Deputat vurğulayıb ki, hələ 90-cı illərin ən çətin dövrlərindəAzərbaycan artıq Kiprlə əlaqələr qurmağa başlamışdı. Son illərdəisə Azərbaycan Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) iləmünasibətlərinə yenidən baxır.

"Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq TürkDövlətləri Təşkilatının tədbirinə bu dövlətin dəvət olunması vəgələcəkdə müəyyən status əldə etməsinin gözlənilməsi olduqca mühümhadisədir. Bunun davamı olaraq Azərbaycan parlamentində dostluqqruplarının formalaşdırılması, yəni qanunverici orqan səviyyəsindəbu parlamentin tanınması və əməkdaşlığın qurulması çox ciddiaddımlardır”.

V. İskəndərov qeyd edib ki, dünyada baş verən proseslər gözqabağındadır – siyasi coğrafiya gərgindir, dəyişir və müharibələrgüc üzərində qurulur.

“Buna görə biz daha da güclənməli və birlikdə olmalıyıq. Bubirlik vasitəsilə dünyaya sülh və əmin-amanlıq mesajı verməliyik.Amma dünya da anlamalıdır ki, hər bir güc öz mənbəyini xalqından,kökündən və birliyindən alır və bu birliyi pozmaq olmaz.Parlamentlərimiz və millət vəkillərimiz bu birliyi daha damöhkəmləndirmək üçün üzərinə düşən məsuliyyəti dərk etməli, hər kəsəlini daşın altına qoymalıdır”, - deyə o fikrini yekunlaşdırıb.

Seçilən
11
1
az.trend.az

2Mənbələr