Türkiyəli məşhur müğənni Yusuf Güney nəzarət altına alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Xəbərdə qeyd olunub ki, ifaçı Yusuf Güney tərkibində narkotik maddə olan “Ayahuasca” çayının istehlakını təşviq edən açıqlama verdiyinə görə saxlanılıb.
Qeyd olunub ki, onun saxlanılmasına səbəb rəqəmsal platformada qonaq olduğu proqramda narkotik tərkibli çayla bağlı təşviqedici fikirlər səsləndirməsi olub.
Araşdırmalar nəticəsində məlum olub ki, rəqəmsal platformada adı çəkilən çaydakı DMT (dimetiltriptamin) maddəsi Türkiyə qanunlarının 2313 maddəsinə əsasən qadağan olunmuş maddələr siyahısındadır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta