AZ

Rəhim Həsənov Rauf Allahverdiyevə kömək edə bilmədi 

Futboldan uzaqlaşdırılan sabiq referi Rauf Allahverdiyev yenidən işinə qayıtmaq istəyir.

İdmanxeber.az-a verilən məlumata görə, o, bununla bağlı Hakimlər Komitəsinin sədri Rəhim Həsənova müraciət edib. Ancaq Allahverdiyevin istəyi geri çevrilib.

Belə ki, komitə sədri onun hakimliyə qayıtmasına kömək edə bilməyəcəyini bildirib. Həsənov bu məsələnin öz səlahiyyətində olmadığını bidirib.

Xatırladaq ki, R.Allahverdiyev hakimlikdən uzaqlaşdırılmasını ötən mövsüm Azərbaycan Kubokunun yarımfinal mərhələsi ilk oyunu çərçivəsində keçirilən “Neftçi” – “Sabah” görüşündə ciddi səhvə yol verməsilə əlaqələndirmişdi. Daha sonra AFFA Allahverdiyevi federasiyanın işgüzar imicinə xələl gətirən açıqlamaları səbəbindən onunla yeni müqavilə uzadılmadığını açıqlayıb.

Seçilən
15
idmanxeber.az

1Mənbələr