AZ

Uzanan müharibələr fonunda Azərbaycanın sülh modeli - münaqişələr illərlə davam etməyə məhkum deyil - Sevil Mikayılova

Bakı. Trend:

Müasir dünyada silahlı münaqişələr artıq regional problemolmaqdan çıxaraq qlobal sabitliyi sarsıdan əsas təhlükə faktorunaçevrilib. Uzanan müharibələr, nəticəsiz sülh təşəbbüsləri, iqtisaditənəzzül, humanitar böhranlar və siyasi qeyri-müəyyənlik beynəlxalqtəhlükəsizlik sisteminin nə qədər kövrək olduğunu açıqgöstərir.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Bunun ən S.Mikayılova əlavə edib ki, dünyadakı münqişələrin ənbariz nümunələrindən biri 2022-ci ildən davam edən Rusiya–Ukraynamüharibəsidir.

"İlk mərhələdə qısa müddətdə nəticələnəcəyi gözlənilən bumüharibə artıq illərdir davam edir. Minlərlə insan itkisi,dağıdılmış şəhərlər, çökən infrastruktur və Avropanın enerjitəhlükəsizliyinə vurulan zərbə bu müharibənin təkcə iki ölkəarasında deyil, bütöv qitə miqyasında təsirə malik olduğunugöstərir. Nəticə isə hələ də qeyri-müəyyəndir.

Eyni qeyri-müəyyənlik Yaxın Şərqdə müşahidə olunur. İran ilə ABŞvə İsrail arasında artan hərbi gərginlik, qarşılıqlı zərbələr vədiplomatik ritorika regionu genişmiqyaslı müharibə riskinəsürükləyib. Qısa müddətdə səngiyəcəyi düşünülən qarşıdurmauzandıqca dünya bazarlarında enerji qiymətləri yüksəlir, logistikazəncirləri pozulur, geosiyasi bloklaşma dərinləşir. Sülhtəşəbbüslərinin isə hələ real nəticə verəcəyi bəlli deyil".

Deputat əlavə edib ki, belə bir qlobal fon qarşısında CənubiQafqazda baş verən hadisələr fərqli bir presedent kimi diqqətçəkir.

"2020-ci ildə baş vermiş Vətən müharibəsi cəmi 44 gün ərzindənəticələndi və uzun illər davam edən işğal faktına son qoyuldu. Bu,müasir dövrdə nadir rast gəlinən “mütləq hərbi-siyasi nəticə”nümunəsi kimi qiymətləndirilməlidir.

Bu qələbəni şərtləndirən amillər çoxşaxəlidir. İlk növbədə,Azərbaycan əsgərinin peşəkarlığı, döyüş ruhu, texnoloji üstünlük vədüzgün hərbi planlama həlledici rol oynadı. Paralel olaraqdiplomatik müstəvidə illərlə aparılan balanslı və praqmatik xaricisiyasət müharibə dövründə Azərbaycanın manevr imkanlarınıgenişləndirdi və beynəlxalq mühitdə təcrid olunmasının qarşısınıaldı.

Proses 2023-cü ildə keçirilən Qarabağ antiterror əməliyyatı ilətam məntiqi sonluğa çatdı. Qısa müddətdə, minimal itkilərlə ölkəninsuverenliyi bütün ərazilərdə bərpa olundu. Bu mərhələ göstərdi ki,hərbi qələbə yalnız döyüş meydanında deyil, uzunmüddətli siyasistrategiyanın nəticəsi kimi formalaşır.

Bu strategiyanın mərkəzində isə Prezident İlham Əliyevinliderliyi dayanır. Qətiyyətli siyasi iradə, prinsipial mövqe,beynəlxalq hüquqa əsaslanan arqumentasiya və illər boyu aparılansistemli hazırlıq nəticə etibarilə Azərbaycanın mütləq qələbəsinizəruri və qaçılmaz etdi".

S.Mikayılova son olaraq vurğulayıb ki, dünyanın müxtəlifbölgələrində uzanan, nəticəsiz və dağıdıcı müharibələr fonundaAzərbaycan modeli göstərir ki, düzgün siyasi kurs, milli birlik,güclü ordu və dəqiq strateji hədəflər olduqda münaqişələr illərlədavam etməyə məhkum deyil. Bu, təkcə hərbi qələbə deyil, dövlətidarəçiliyi, diplomatiya və milli iradənin sintezindən doğangeosiyasi nəticədir.

Seçilən
12
3
az.trend.az

4Mənbələr