AZ

Fransalı balıqçılar dronların tutulması üçün Ukraynaya torlar göndəriblər

Fransanın kiçik kəndinin balıqçıları Rusiya dronlarının tutulmasında istifadə etmək üçün Ukraynaya kilometrlərlə torlar göndəriblər. Son həftələrdə Bretani kəndindən Ukraynaya təxminən 200 kilometr uzunluğunda iki tor dəsti göndərilib.

Herbiand.az bildirir ki, bu barədə The Telegraph nəşri yazıb.

Məlumata görə, Ukraynaya ümumilikdə 1000 kilometrdən çox tor gəlib. Daha 40-a yaxın tor kisəsi isə göndərilməyə hazırdır. Onlardan cəbhə xətti boyunca əsgərləri və mülki şəxsləri qorumaq üçün tunellərin tikintisində istifadə olunacaq. Dronlar torlara ilişərək hədəflərinə çata bilmir.

Hərbçilər xüsusən şəffaf və ya yaşıl torları qiymətləndirirlər, çünki onların göydən görünməsi çətin olur.

Fransa Ukraynaya tor bağışlayan tək ölkə deyil. Danimarka və İsveçlə yanaşı, Şotlandiya hökuməti də fevral ayında şərqi Ukraynaya 280 tondan çox istifadə olunmuş qızılbalıq torları göndərəcəyini açıqlayıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
20
herbiand.az

1Mənbələr