AZ

Arif Hacılının ata evi satıldı

Müsavat Partiyasının keçmiş başqanı, Partiyanın Ali Məclisinin hazırki sədri Arif Hacılının Zaqataladakı ata evi satılıb.

 

Pravda.az-ın xəbərinə görə, buna səbəb A.Hacılının qardaşı Mustafa Hacıbəylinin “Yelo Bank”a borcunun olmasıdır.

Mustafa

M.Hacıbəyli bankın iddiasının əsassız olduğunu, lakin məhkəmənin bu iddianı təmin etdiyini bildirib: “Bizim üçün doğma, əziz olan bir evi sataraq bankın şərindən qurtarmaq yolunu seçdim. Bakıdakı evimi xilas etmək, ailəmin hüzurunun pozulmasının qarşısını almaq üçün məcbur olub Zaqataladakı evimizi satıb, banka olan borcu ödədim. Əslində banka olan borc artıqlaması ilə - 33 min 500 manat əvəzinə 59 min manat pul ödənilmişdi, borc bağlanmışdı. Gənc yaşlarımda dostumun problemini həll etmək üçün Bakıdakı evimin girov qoyulmasına, bunun müqabilində kredit götürülməsinə razılıq vermişdim. Nəticədə isə öz başımda çatladı. Hər zaman qəlbimiz millət, dövlət üçün döyünüb. Şəxsi problemlər də adamı ağrıdır, amma qapanmayacağıq. Yenə də millət, dövlət üçün çalışacağıq...”.

 

Aytəkin Qardaşova

Tarix: 9 Aprel 2026, 15:17   
Seçilən
41
pravda.az

1Mənbələr