AZ

Qurban Qurbanov başqanla toplantıda neçə transfer istədi?

“Qarabağ” bu yay əvvəlkindən daha böyük büdcə alacaq. Həmçinin iki ay sonra mühüm transfer əməliyyatları həyata keçiriləcək.
Dünən klubun İdarə Heyətinin növbəti iclasının keçirilməsindən xəbərdarsız.
İclasda prezident Tahir Gözel, vitse-prezident Fevzihan Aras, baş direktor və İdarə Heyətinin üzvü Emrah Çelikel, İdarə Heyətinin üzvü Asif Əsgərov və komandanın baş məşqçisi Qurban Qurbanov iştirak ediblər.
Görüş zamanı cari mövsümün gedişatı ətraflı şəkildə təhlil olunub, komandanın çıxışı, qeydə alınan nəticələr və qarşıdakı oyunlarla bağlı hədəflər müzakirə edilib. Klubun idman nəticələri ilə yanaşı, təşkilati və idarəetmə məsələləri üzrə də geniş fikir mübadiləsi aparılıb.
İclasda eyni zamanda növbəti mövsümün planlaşdırılması əsas müzakirə mövzularından biri olub. Komandanın heyətinin gücləndirilməsi, infrastruktur layihələri, akademiyanın inkişafı və beynəlxalq arenada daha uğurlu çıxış üçün strateji istiqamətlər nəzərdən keçirilib.
İdarə Heyəti qarşıdakı dövrdə klubun dayanıqlı inkişafının təmin olunması, azarkeş məmnuniyyətinin artırılması və “Qarabağ”ın həm ölkədaxili, həm də beynəlxalq yarışlarda uğurlarının davamlılığının təmin olunmasını prioritet kimi müəyyən edib.
Aldığımız məlumata görə, Q.Qurbanov iclasda çıxışı zamanı bir sıra məsələlərə toxunub. O, qış fasiləsində öir çox futbolçularına sərfəli təkliflər gəldiyini, yayda isə onlardan 6-7 nəfərlə yolları ayırmaq istədiyini bildirib. Baş məşqçi minimum bu sayda yeni oyunçu almağı planlaşdırdığını söyləyib. Başqan təcrübəli mütəxəssisə öz dəstəytni ifadə edib. T.Gözel komandanın gücləndirilməsi naminə hər cür şərait yaradacaqlarını diqqətə çatdırıb.

SPORTİNFO.AZ

Seçilən
12
sportinfo.az

1Mənbələr