Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Hansı müğənni mənə desə ki, mən sənin paltarını istəyirəm, hədiyyə elə, mən qurbandı ona verərəm. Qurbandı bütün qardirobum”.
Gununsesi.info bildirir ki, bu sözləri əməkdar artist Ruhəngiz Allahverdiyeva “Qonaqcanlı” verilişində deyib.
“Mən ucuz parçanı alıb ondan gözəl bir geyim yarada bilərəm. 30 il bundan qabaq mənim geyindiyim modelləri bu gün Jennifer Lopez geyinir.
Mən bunu sübut edə bilərəm. Mənim şəkillərim var və illərlə bunu göstərmək olar. Bəli, mənim geyindiyim şarflar və güllər bu gün bizim müğənnilərimiz tərəfindən də istifadə olunur. Məsələn, Röya xanım və Aygün xanım geyinir.
Rühəngiz bunları hazırlayanda, hələ xarici ölkədə modelyerlər belə geyimləri hazırlamamışdı. 40 və ya 30 il əvvəlki modellər tam mənim işimdir. Əgər mən modelliyer olsaydım, dünya şöhrətli ola bilərdim.
Elə bilirlər ki, yalnız mən öz geyimlərimi hazırlayıram. Yox, mən hər üslubda işləyə bilirəm”.
Şəbnəm
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.