AZ

Bakıda küçə süpürənlər arasında zibil üstündə dava düşdü: Hər ay maaşından pul tutulacaq

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakının Sabunçu rayonunda 46 yaşlı kişi küçədə iş yoldaşı olan qadına xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 14-də rayonunun Ramana qəsəbəsi, Şuşa şəhərciyi, adsız küçədə baş verib. Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Emil həmin gün səhər saat 8 radələrində iş yoldaşı Əsmərin (adlar şərtidir – red.) ona qarşı nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə onun üz nahiyəsindən bir dəfə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Emilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Emil ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, təxminən 3 ildir süpürgəçi işləyir, ərazisi Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşir:“Uzun zamandır ki, iş yoldaşım Əsmər ilə də normal münasibətlərim olub. Avqsutun 14-də, təxminən saat 8 radələrində işdə olarkən Əsməri gördüm. Ona öz ərazisini yaxşı təmizləmədiyini və zibillərin külək vasitəsilə mənim ərazimə uçduğunu dedim. Bu zaman Əsmərin mənimlə kobud danışaraq nalayiq ifadələr işlətdiyini və buna görə aramızda mübahisə yarandığını, mübahisə zamanı ondan sakit olmasını istəsəm də, Əsmər yenə də nalayiq ifadələr işlətdiyi üçün qəzəblənərək iki əlim ilə onu itələdim. Onu özümdən kənara atdım, daha sonra getdim”.Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Emil aylıq qazancından 15 faiz dövlət nəfinə pul tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum edilib. Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
demokrat.az

1Mənbələr