AZ

Arvad soyadına keçən kişilər – Səbəb açıqlandı

Azərbaycanda son illər nikah zamanı soyad seçimi ilə bağlı maraqlı tendensiya müşahidə olunur. Rəsmi statistikaya görə, bəzi kişilər evlənərkən ənənəvi qaydanın əksinə olaraq həyat yoldaşının soyadını qəbul etməyə üstünlük verir.
Belə ki, Azərbaycanda cari ilin ilk 3 ayında 6 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib. Ədliyyə Nazirliyindən Report-un sorğusuna cavab olaraq məlumat verilib ki, 2025-ci ildə 52, 2024-cü ildə 62, 2023-cü ildə isə 109 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib.

Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov Musavat.com-a bildirib ki, yerli qanunvericiliyə görə, nikaha daxil olarkən həyat yoldaşının soyadını götürmək istəyən hər iki tərəf bərabərhüquqlu hesab olunur. Onun sözlərinə görə, ümumi statistikada bu rəqəm çox kiçik olduğu üçün xüsusi diqqət yetirilməli hər hansı məqam yoxdur: “Kişilərin nikaha daxil olarkən həyat yoldaşının soyadını götürməsi əsasən şəxsi seçimdir. Azərbaycan mentaliteti üçün qeyri-adi hal kimi görünsə də, qanunvericilik baxımından heç bir məhdudiyyət yoxdur. Bu məsələ ilə bağlı müzakirələrdə diqqətçəkən məqamlardan biri deport olunan kişilərin soyadını dəyişmə istəyi ilə bağlıdır. Lakin sərhəd-keçid məntəqələrində rəqəmsallaşma alətləri geniş tətbiq olunduğu üçün bu məqamın ciddi rol oynadığını düşünmürəm”.

Nigar Həsənli
Musavat.com

Seçilən
27
musavat.com

1Mənbələr