Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) şəhər rayonlarda yerləşən təhsil müəssisələrinin fiber-optik, ADSL və simsiz rabitə kanalları ilə Təhsil sisteminin korporativ intranet və internet şəbəkələrinə çıxışın təhlükəsiz şəkildə təmin edilməsinə 135 768 AZN xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, internet xidmətini “Azedunet” MMC həyata keçirəcək.
Universitet və MMC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib, yəni “Bir mənbə” metodu tətbiq olunub.
Cabir
Tarix: 9 Aprel 2026, 15:01