AZ

“Qızımın öldüyü yanğında bu şirkətin də təqsiri müəyyən edilib”

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yasamalda 3 nəfərin ölümünə səbəb olan yanğında daha bir şirkətin təqsiri müəyyən edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sözügedən faciədə həyatını itirən 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov məlumat yayıb. 

Vəkil qeyd edib ki, qızının ölümü ilə bağlı ekspertizanın rəyi mövcuddur: “Məlumatınız olsun ki, müvafiq ekspertiza rəyinə əsasən, baş vermiş yanğın nəticəsində azyaşlı qızımın ölümündə “Loft” klinikası ilə yanaşı, “ivolt.az” şirkətinin də təqsiri müəyyən edilib. Madam ki, bu məsələ ilə bağlı ekspertizanın müvafiq rəyi mövcuddur, bəs hansı səbəbdən bu şirkətin rəhbər şəxsləri bu günə qədər məsuliyyətə cəlb olunmayıblar?”

Qeyd edək ki, paytaxtda ötən ilin noyabrında çoxmərtəbəli yaşayış binasında baş verən yanğında 3 nəfər həlak olub, 27 nəfər isə xəsarət alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
5
qafqazinfo.az

6Mənbələr