ain.az bildirir, Qafqazinfo portalına istinadən.
Kobud qayda pozuntusuna yol verən sürücü ilə bağlı sosial şəbəkələrdə və onlayn mediada yayılan videogörüntü araşdırılıb.
Bu barədə “Qafqazinfo”ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı hadisənin paytaxtın Binəqədi rayonu ərazisində baş verdiyi, “Hyundai” markalı avtomobilin sürücüsü Telman Rüstəmovun nəqliyyat vasitəsinin idarə edilməsini azyaşlıya həvalə etdiyi müəyyənləşib:
“Həmin şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati məsuliyyət tədbirləri tətbiq olunub.
Nəqliyyat vasitəsinin idarə edilməsinin azyaşlıya həvalə olunması qanunazidd olmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Nəqliyyat vasitəsi sahiblərindən və valideynlərdən tələb olunur ki, bu kimi hallara qətiyyən yol verməsinlər”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.