"71 yaşım var, toylara gedirəm. Toyda canlı oxuyuram, hərdən fonoqram da oxuduğum olur. Səsimi qoruyuram. Mən də dondurma, acı nəsə yemək istəyirəm. Amma qoruyuram səsimi. Narkozun da səsə ziyanı var. Bir də əsəb və yuxu müğənni üçün əsasdır. Mən də nə yatıram, nə də əsəbim yerindədir".
Proqrama fərqli geyimdə qatılan R.Allahverdiyeva qırmızı duvağı və qısa donu ilə də diqqət çəkib.
"Modelyer olsaydım, dünyaşöhrətli olardım. Hər üsulda nəsə etməyə bacarığım var. Elə bilməsinlər ancaq bu formada geyinirəmsə, bunu hazırlayıram" deyə, müğənni əlavə edib.