AZ

Dəm qazından zəhərlənən uşaqlar ailədən alınıb, müəssisəyə yerləşdirilib - RƏSMİ

Bakı. Trend:

Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan ikisi müalicədənsonra ailədən ayrılaraq dövlət uşaq müəssisəsinə yerləşdirilib.

Bu barədə Trend-ə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləriüzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov məlumatverib.

Onun sözlərinə görə, uşaqlar hazırda nəzarət altındadır: “DövlətKomitəsinin nümayəndələri, sosial işçilər və psixoloqlar, eləcə dəSumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları ailəyə baxışkeçirib, vəziyyəti yerində qiymətləndiriblər. Zərərçəkmişuşaqlardan ikisi dövlət müəssisəsinə yerləşdirilib, onlarınsağlamlıq durumu isə mütəmadi olaraq nəzarətdə saxlanılır vəmüayinədən keçirilir”.

Şöbə müdiri bildirib ki, hadisə ilə bağlı hüquq-mühafizəorqanları tərəfindən cinayət işi açılıb və araşdırmalar davametdirilir.

“Yekun nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkvə ictimaiyyət məlumatlandırılacaq. Eyni zamanda, uşaqlarınsağlamlığı və sosial müdafiəsi ilə bağlı bütün zəruri addımlardövlət qurumları tərəfindən atılır. Bu prosesə Dövlət Komitəsi iləyanaşı, uşaqların hüquqlarının qorunması istiqamətində fəaliyyətgöstərən komissiyalar və digər aidiyyəti qurumlar da cəlb olunub”,– deyə E.Səfərov qeyd edib.

Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi70 ünvanında yaşayan ailənin altı üzvü dəm qazından zəhərlənib. Dəmqazından zəhərlənən altı uşaqdan biri aprelin 4-də xəstəxanadaölüb.
Zəhərlənən uşaqların atası ölən uşağın dəfni zamanı "TikTok"dacanlı yayım açıb, cənazə ilə canlı yayımı sosial şəbəkələrdəyaydığı üçün dövlət qurumları tərəfindən nəzarətə götürülüb.

Seçilən
36
5
az.trend.az

6Mənbələr