AZ

Türkiyə müdafiə naziri Aİ-ni üzv ola bilməyən NATO ölkələrini dəstəkləməyə dəvət edib

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Avropa İttifaqını üzv ola bilməyən NATO ölkələrini dəstəkləməyə dəvət edib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, nazir bildirib ki, əks halda, Avropa İttifaqının bu yanaşması Avropanın təhlükəsizliyi və dayanıqlılığına təhdid yaradacaq.

“Həqiqət budur ki, Türkiyə güclü müdafiə sənayesi ilə Avropanın təhlükəsizliyinə və müdafiəsinə daha çox töhfə verə bilər. Avropalı bir çox dostumuzun bunun fərqində olduğunu bilirik və digərlərinin də bunu çox yaxşı analiz edəcəyini və daha məntiqli bir yanaşma sərgiləyəcəyini düşünürük”, - nazir qeyd edib.

Seçilən
20
6
apa.az

7Mənbələr