ABŞ və İsrail ilə münaqişə dövründə İranda 3 mindən çox insan həlak olub.
Ölkə.Az xəbər verir ki, bu barədə "Mizan" agentliyinə İslam Respublikasının Məhkəmə Tibbi Təşkilatının rəhbəri Abbas Məscədi bildirib.
"Cəsədlərin təxminən 40%-ni tanımaq mümkün deyildi, lakin məhkəmə-tibbi ekspertiza təşkilatının imkan və resurslarından istifadə edilərək onların şəxsiyyəti müəyyən edilib və ailələrinə təhvil verilib", — deyə o bildirib.
Bundan əvvəl İran tərəfi ABŞ-ın sülh planının artıq üç bəndini pozduğunu bəyan etmişdi. Söhbət Livana edilən hücumlardan, pilotsuz uçuş aparatının (PUA) İranın hava məkanını pozmasından, habelə İslam Respublikasının uranı zənginləşdirmə hüququnun rədd edilməsindən gedir.