AZ

Ahıl şəxslərə göstərilən sosial xidmətlər

DOST TV-də yayımlanan “Qayğı” verilişində bu dəfə ahıl şəxslərə göstərilən sosial xidmətlər müzakirə olunub. Verilişin qonağı, Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin direktor müavini Fərhad Osmanov olub.

Fərhad Osmanov bildirib ki, müəssisədə hazırda 225 ahıl şəxs yaşayır və burada əsas məqsəd yaşlı insanların sosial rifahının təmin olunması, sağlam və təhlükəsiz həyat şəraitində yaşamalarının təmin edilməsidir. Müəssisədə sosial, psixoloji, tibbi və məişət xidmətləri kompleks şəkildə göstərilir.

Qəbul prosesi barədə danışan Osmanov bildirib ki, müraciətlər əsasən Sosial Xidmətlər Agentliyinin filialları və dost mərkəzləri vasitəsilə həyata keçirilir. Ahılların sağlamlıq və psixi durumu qiymətləndirilərək, ailə dəstəyinin olub-olmaması nəzərə alınır. Bu proses Azərbaycan Respublikasının “Sosial xidmət haqqında” qanunu ilə tənzimlənir. Dəyərləndirmə on iş günü ərzində aparılır və beş iş günü ərzində müəssisəyə yerləşdirilmə təmin edilir.

Ahılların müəssisəyə uyğunlaşması barədə Osmanov qeyd edib ki, adaptasiya dövrü fərdi yanaşma tələb edir. Evdə tək yaşayan şəxslər daha asan uyğunlaşır, küçədə yaşayan vətəndaşlar isə ilkin dövrdə stres yaşayır. Komanda işi, gündəlik qayğı, mütəmadi söhbətlər və sosiallaşma prosesi onların rahat mühitə alışmasını təmin edir.

Osmanov əlavə edib ki, hər bir ahılın ehtiyaclarını dinləmək və onları qarşılamaq prioritetdir, bu da sakinlərin özlərini tam rahat və qayğı ilə əhatə olunmuş hiss etmələrinə imkan verir.

DOST TV-də yayımlanan “Qayğı” verilişinin budəfəki buraxılışında ahıl şəxslərə göstərilən xidmətlərdən danışılıb. Ətraflı:👇

Seçilən
15
qht.az

1Mənbələr